Beyin şişləri
Giriş
Beyin şişləri histoloji olaraq xoşxassəli (benign) və ya bədxassəli (malign) ola bilər. Əksər hallarda xəstələr ilkin olaraq başağrısı və ya epileptik tutmalarla müraciət edir. Diaqnoz MRT və biopsiya vasitəsilə qoyulur. Müalicədə isə şişin cərrahi yolla çıxarılması ilə yanaşı kimya- və şüa-terapiyadan istifadə olunur.
Təsnifat
Beyin şişləri - Ümumdünya Səhiyyə Təşkilatının (WHO) klassifikasiyasına əsasən təsnif edilir.
WHO klassifikasiyası

Simptomlar
Kəllədaxili təzyiqin artmasına görə:
- Baş ağrısı
- Ürəkbulanma, qusma
- Oyanıqlığın pozulması
Fokal-nevroloji defisitlər:
- Afaziya, dizartriya
- Ətrafların parezi, hissiyat pozuntuları
- Görmə pozğunluqları
Şəxsiyyət pozğunluqları (əsasən, alın payını tutan şişlərdə)
Diaqnostika
- Baş beynin kontrastlı müayinəsi əksər hallarda diaqnozu qoymaq üçün əsas rol oynayır
- Şişin histopatoloji və immunhistokimyəvi müayinəsi üçün isə biopsiya aparılır

Müalicə
Müalicə xəstəliyin dərəcəsinə, xəstənin yaşına və yanaşı xəstəliklərinə əsasən təyin edilir. Əsas müalicə üsulları:
- Şişin cərrahi rezeksiyası
- Şüa terapiyası
- Kimyaterapiya