Depressiya
Giriş
Depressiya – affektiv pozuntulara aid olub, əsasən, əhval-ruhiyyənin enməsi, istəksizlik və ümidsizliklə xarakterizə olunan psixi xəstəlikdir.
Etiologiya
Depressiyanın etiologiyası hələ ki, dəqiq məlum deyil. Bir çox faktorların (stress, digər fiziki xəstəliklər və s.) xəstəliyin əmələ gəlməsində rol oynadığı düşünülür.
Hal-hazırda ən dominant nəzəriyyə monoamin çatışmazlığı nəzəriyyəsidir. Monoaminlər dedikdə, dofamin, noradrenalin və serotonin nəzərdə tutulur. Bu maddələrin presinaptik boşluqdakı təsir müddətini artıran antidepressiv preparatlar bu nəzəriyyəni dəstəkləsələr də, hələ ki, bir çox çatışmazlıqlar mövcuddur.
Simptomlar
Əsas simptomlar:
- Əhval-ruhiyyənin enməsi
- İstəksizlik, marağın itməsi
- Həvəssizlik
Əlavə simptomlar:
- Yuxunun pozulması
- Günahkarlıq hissi, eləcə də özünə inam və dəyər hissinin azalması
- Düşünmə və konsentrasiya qabiliyyətinin azalması
- Ağır hallarda ölüm və intihar haqqında düşüncələr
- Somatik əlamətlər:
- Psixomotor ləngimə
- Yuxudan erkən oyanma
- Səhərlər əhvalın daha pis olması
- İştahın azalması və çəki itirilməsi
- Libidonun azalması
Diaqnostika
- Anamnez:
- Sosial anamnez
- Qəbul edilən preparatlar
- Asılılıq yaradan maddələr (alkoqol, narkotik və s.)
- EEQ
- Rutin laborator müayinə
Müalicə
Dərman terapiyası
Selektiv serotonin geri-alınma inhibitorları (SSRİ):
- Fluoksetin, paroksetin, sitalopram, sertralin
Serotonin-norepinefrin geri-alınma inhibitorları (SNRİ):
- Venlafaksin, duloksetin
Trisiklik antidepressantlar:
- Amitriptilin, imipramin, desipramin
MAO inhibitorları:
- Moklebemid, fenelzin, tranilsipromin
Atipik antidepressantlar:
- Bupropion, trazodon, mirtazapin
| İlk depressiya epizodu zamanı müalicə minimum 6-12 ay, residiv olduqda isə minimum 2 il aparılmalıdır. |
Qeyri-farmakoloji müalicə metodları
- Koqnitiv davranış terapiyası (CBT)
- İnterpersonal psixoterapiya
- Psixodinamik psixoterapiya