Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hiperkalsemiya

Giriş  

Təsir edən çoxsaylı amilləri nəzərə aldıqda kalsium mübadiləsi mürəkkəb bir prosesdir. Kalsiumun bağırsaq vasitəsilə mənimsənilməsi, böyrəklərdən ifrazı, həmçinin sümükdə toplanması və ya parçalanması hormonlarla (xüsusən, parathormon la) tənzimlənir. Bu proseslər, eyni zamanda, D vitamini, kalsitonin və fosfat mübadiləsindən də asılıdır.   

Hiperkalsemiya = ümumi kalsium miqdarı >2,65 mmol/l və ya ionlaşmış kalsium miqdarı >1,35 mmol/l  

 

Etiologiya  

Endokrin səbəblər:  

Şiş mənşəli hiperkalsemiya:  

Dərman preparatları:  

  • Tiazid diuretikləri  
  • Litium  

 

Simptomlar  

Yüngül hiperkalsemiya (2,75–2,9 mmol/l):  

  • Çox vaxt asimptomatik  

Orta və ağır hiperkalsemiya (>3 mmol/l):  

  • Simptomlar müşahidə olunur  

 

Mümkün simptomlar  

Əzələ simptomları:  

  • Oyanıcılığın azalması:  

Kardiovaskulyar:  

  • Aritmiya  

Renal:  

  • Poliuriya → dehidratasiya  
  • Böyrək daşlarına meyllilik  

Qastrointestinal:  

  • Ürəkbulanma, qusma  

 

Diaqnostika  

Laborator müayinə:  

  • Plazmada ümumi kalsium miqdarı >2,65 mmol/l və ya  
  • İonlaşmış kalsium miqdarı >1,35 mmol/l  

Differensial diaqnostika:  

  • PTH ↑ → birincili hiperparatiroidizm  
  • PTH ↓ → şiş mənşəli hiperkalsemiya  
  • Vitamin D ↑ →  vitamin D intoksikasiyası  
Hiperkalsemiya varsa, həmişə ətraflı differensial diaqnostika aparılmalıdır. Mümkün şiş xəstəliyi çıxdaş edilməlidir. 
Hipokalsemiya QT intervalının uzanmasına, hiperkalsemiya isə QT intervalının qısalmasına səbəb olur.

 

Müalicə  

  • Əsas etioloji xəstəliyin müalicəsi  
  • Sidiklə kalsiumun kənarlaşdırılması:  
    • Maye qəbulunun artırılması  
    • İlgək diuretikləri
  • Bağırsaqlardan və sümüklərdən rezorbsiyanın azaldılması:  
    • Kalsitonin (osteoklast aktivliyinin azaldılması)  
    • Bifosfonat (osteoklast aktivliyinin azaldılması və osteoklastlar üzərində sitotoksik təsir)  
    • Denosumab (osteoklast aktivliyinin azaldılması)  
    • Qlükokortikoidlər (aktiv D3 vitamininin sintezinin inhibisiyası)  
  • Dializ