İşemik insult
Giriş
İnsult beyin toxumasının zədələnməsi və müvafiq funksiyalarını itirməsi ilə müşayiət olunan nevroloji xəstəlikdir. Bu, qidalandırıcı damarın tutulmasından (işemik insult) və ya qanaxmadan (hemorragik insult) qaynaqlana bilər. Bütün insultların təqribən 85%-i işemik insultlar təşkil edir.

Əsas simptomlar qəflətən ortaya çıxan birtərəfli hərəkət və ya hissiyat pozğunluqları, eləcə də nitq pozuntularıdır. Bundan əlavə işemiyaya məruz qalmış toxumanın lokalizasiyasından asılı olaraq müxtəlif simptomlar ortaya çıxa bilər. İnsult diaqnozu klinik olaraq qoyulur, işemik və ya hemorragik insultu bir-birindən ayırmaq üçün isə əsas diaqnostik vasitə kompüter tomoqrafiyadır (KT). Qanaxma çıxdaş olunduqdan sonra isə əsas damar tutulmalarını təsdiqləmək/çıxdaş etmək üçün KT-angioqrafiya aparılmalıdır. Əgər böyük damar damar tutulması varsa, bu zaman trombektomiya, yoxdursa dərman tromboliz terapiyası aparılır.
Etiologiya
Ateroskleroz:
- Mikroangiopatiya:
- Kiçin beyin damarlarında ateroskleroz lövhəciklərinin əmələ gətirdiyi tutulma və ya bu lövhəciklərdən qopan embolik tıxac daha periferik hissədəki damarın tutulmasına səbəb olur. Belə infarktlar daha balaca sahəni əhatə edir və lakunar infarkt adlanır.
- Makroangiopatiya:
- Daha böyük damarlardakı aterosklerotik tıxac qoparaq embolik tıxaca səbəb olur. Bu halda adətən, daha böyük damar tutulur və infarkta məruz qalan sahə də daha böyük olur.
Kardial emboliya:
- Atrial fibrilyasiya :
- Qulaqcıqların səyirməsi burda trombun yaranmasına və bu da öz növbəsində beyində tromboembolik tıxacın yaranmasına səbəb ola bilər
- Septik emboliya:
- Məsələn, endokardit zamanı
- Paradoksal emboliya:
- Atrial septum defekti (ASD) və ya patent foramen ovale (PFO) zamanı
Digər səbəblər:
- Yuxu arteriyasının və ya vertebral arteriyanın disseksiyası
- Vaskulit
- Müxtəlif koaqulopatiyalar
Simptomlar
İşemiyaya məruz qalmış toxumanın yerindən asılı olaraq aşağıdakı simptomlardan bir və ya bir neçəsi müşahidə oluna bilər:
- Birtərəfli hərəkət pozuntusu (hemiparez)
- Birtərəfli hissiyat pozuntusu (hemihipesteziya və ya hemiparesteziya)
- Nitq pozuntusu (afaziya, dizartriya)
- Görmə pozuntusu
- Başgicəllənmə, ürəkbulanma, qusma (beyincik infarktı zamanı)
Afaziyaları 3 qrupda təsnif etmək olar:
|
| Dizartriyası olan xəstə danışılanı başa düşür və fikirlərini ifadə edə bilir. Bu zaman problem yalnız artikulyasiyadadır. |
Görmə pozuntusu özünü müxtəlif formalarda büruzə verə bilər:
|

Diaqnostika və müalicə
Klinik olaraq insult əlamətləri müşahidə olunursa, təcili şəkildə beynin KT müayinəsi aparılmalıdır. Bununla insultun işemik və ya hemorragik olması aydınlaşdırılır. Beyin KT-də qanaxma:
- Varsa: hemorragik insult un müalicəsi
- Yoxdursa: dərhal əlavə olaraq KT angioqrafiya
- KT-angioqrafiya zamanı müdaxilə edilə biləcək proksimal damar tutulması aşkarlanarsa: trombektomiya
- Əks halda: simptomların başlamasından 4,5 saatdan artıq vaxt keçməyibsə, dərman tromboliz terapiyası (alteplaza və ya tenekteplaza) aparılır.
Trombektomiya üçün əsas əlçatan damarlar:
Bəzi mərkəzlərdə daha distal damarlara da müdaxilə mümkün olur. |

İnsultlu xəstələrdə təcili müalicədən əlavə sonrakı mərhələlərdə risk faktorları araşdırılmalı və müvafiq profilaktik tədbirlər görülməlidir.
Bunun üçün diaqnostikanın əsas istiqamətləri:
- Beyni qanla təchiz edən əsas damarların ultrasəs müayinəsi
- EKQ və ya Holter-EKQ ( atrial fibrilyasiya nı təsdiqləmək / çıxdaş etmək üçün)
- Exokardioqrafiya
- Emboliya səbəbi ola biləcək faktorlar (ASD, PFO) araşdırılır
| Ultrasəs müayinəsi ilə yuxu arteriyası, vertebral və bazilyar arteriya, ön, orta və arxa beyin arteriyası müayinə edilir. |
