Katarakt
Giriş
Büllur (lens) gözün optik sisteminin əsas tərkib hissəsidir. Akkomodasiya nəticəsində büllur işığın sınma bucağını dəyişdirir və düzgün bucaq altında torlu qişaya çatmasını təmin edir.
Katarakt zamanı isə büllur bulanıqlaşır və beləliklə, düzgün sınmayan işıq torlu qişaya düzgün şəkildə çata bilmir. Adətən, yaşlı şəxslərdə degenerativ proses nəticəsində yaranan katarakt, bəzən travma və ya anadangəlmə infeksiyalar nəticəsində də meydana çıxa bilər. Müalicə bulanıq büllurun çıxarılması və yerinə süni büllurun yerləşdirilməsindən ibarətdir.

Etiologiya
- Yaşla əlaqədar (degenerativ) – 90% hallarda
- Travma nəticəsində
- Yatrogen:
- Dərman qəbulu (məsələn: qlükokortikoidlər)
- Göz əməliyyatlarından sonra
- Göz xəstəliklərinin nəticəsində:
- Qlaukoma
- Xronik uveit
- Digər xəstəliklər nəticəsində:
- Şəkərli diabet
- Dializ
- Daun sindromu
- Wilson xəstəliyi
- Hipokalsemiya
Simptomlar
Adətən, tədricən inkişaf edən simptomlar aşağıdakılardan ibarətdir:
- Görmə itiliyinin azalması, eləcə də kontrast görmənin azalması
- Monokulyar diplopiya (yalnız bir gözdə ikigörmə)
- Miopiya
Diaqnostika
- Görmə itiliyinin yoxlanması
- Gözün işıqsındırıcılıq qabiliyyətinin müayinəsi
- Göz dibinin müayinəsi
Müalicə
Cərrahi müalicə
- Ekstrakapsulyar katarakt ekstraksiyası (ECCE-extracapsular cataract extraction) – əsas seçim metodu
- İntrakapsulyar katarakt ekstraksiyası (ICCE-intracapsular cataract extraction) – müasir dövrdə daha az istifadə olunur