Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Miqren

Giriş  

Miqren, adətən, birtərəfli baş ağrıları ilə xarakterizə olunan nevroloji xəstəlikdir. Bir çox hallarda ürəkbulanma, qusma, fotofobiya və fonofobiya baş ağrısını müşayiət edir. Bəzən, həmçinin, aura simptomlarına da rast gəlinir.   

miqren.png

 

Etiologiya  

Miqrenin ortaya çıxmasına səbəb olan amillər tam olaraq aydın olmasa da, genetik meyllilik məlumdur.  

Mümkün tətikləyici faktorlar:  

  • Alkoqol, siqaret, süd məhsulları  
  • Hipoqlikemiya (uzunmüddətli aclıq)  
  • Hava şəraitinin dəyişilməsi, soyuğa məruz qalma  
  • Yuxu ritminin dəyişməsi  
  • Menstruasiya, kontraseptiv preparatların qəbulu  

 

Simptomlar  

Əsas simptom: Baş ağrısı:  

  • Adətən, birtərəfli ağrı  
  • 4-72 saat davam edir  
  • Pulsatil xarakterli  

Baş ağrısı ilə yanaşı digər simptomlar:  

  • Fotofobiya (işığa qarşı həssaslıq)
  • Fonofobiya (səsə qarşı həssaslıq)
  • Ürəkbulanma və ya qusma 
  • Gözdən yaş axması 
  • Qoxulara qarşı həssaslıq 

Xəstələrin 30%-ə qədərində, həmçinin, aura simptomları da müşahidə olunur. Aura simptomları dedikdə 1 saatdan daha az davam edən fokal nevroloji simptomlar nəzərdə tutulur:  

  • Görmə bulanıqlığı  
  • Göz önündə “ildırımçaxma” hissi  
  • Hissiyat pozuntuları (paresteziya)  
  • Afaziya  

 

Diaqnostika  

Diaqnoz anamnez əsasında və simptomların səbəbi ola biləcək digər mümkün xəstəliklərin çıxdaş olunması ilə qoyulur.   

Diaqnostik kriteriyalar:  

  • Minimum 5 miqren tutması   
  • Davametmə müddəti: 4-72 saat  
  • Ağrının xarakteristikası ilə bağlı 4 kriteriyadan minimum ikisi qarşılanmalıdır:  
    • Birtərəfli ağrı  
    • Pulsatil xarakterli  
    • Ağrının fiziki hərəkətlə şiddətlənməsi  
    • Orta və ya çox şiddətli ağrı (adətən, >5/10)
  • Aşağıdakı yanaşı simptomlardan minimum biri olmalıdır:  
    • Ürəkbulanma/qusma  
    • Fotofobiya/fonofobiya  

 

Müalicə   

Yüngül-orta şiddətli ağrılar zamanı:  

  • İlk seçim: QSİƏP (aspirin, ibuprofen, naproksen, diklofenak)  
  • QSİƏP-ə qarşı əks-göstəriş olarsa: metamizol, parasetamol  

Orta-ağır şiddətli ağrılar zamanı:  

  • Triptanlar (sumatriptan, zomitriptan, almotriptan və s.)  

Əlavə olaraq ürəkbulanma/qusma şikayəti varsa:  

  • Metoklopramid və ya domperidon   

Miqren statusu (3 gündən artıq davam edən miqren tutması) zamanı müalicə:  

  • Qlükokortikoidlər (prednizon, deksametazon)  

 

Profilaktika  

Miqren zamanı profilaktik müalicənin aparılmasına əsas göstərişlər:  

  • Ay ərzində 3-dən çox tutmanın olması  
  • Miqren statusu  
  • Miqren tutmalarının sıxlığının artması  
  • Tutmalar zamanı ağrının ağrıkəsicilərə cavab verməməsi və ya zəif cavab verməsi   

Profilaktik müalicə üçün əsas seçim preparatları:  

  • Beta-blokerlər (metoprolol, propranolol)  
  • Amitriptilin  
  • Topiramat  
  • Erenumab, eptizenumab  

Erenumab, eptizenumab - CGRP-ə qarşı yönəlmiş anticisim preparatlarıdır.   

CGRP(calcium gene-related peptide) vazodilatator neyropeptidlərdən biridir və miqren tutmalarının patofiziologiyasında əsas rol oynayır.