Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Tumor lizis sindromu

Giriş 

Tumor lizis sindromu — məhv olan şiş hüceyrələrindən ayrılan metabolitlərin qan dövranına keçməsi nəticəsində yaranan metabolik pozğunluqlar kompleksidir. Bu patologiya, adətən, xemoterapiyadan sonra yaranır. 

 

Patofiziologiya 

Xüsusilə, xemoterapiyadan sonra massiv şəkildə hüceyrə ölümü → elektrolitlərin və hüceyrə komponentlərinin qana çıxması → böyrəklərdə kalsiumfosfat və sidik turşusu kristallarının toplanması 

 

Simptomlar 

 

Diaqnostika 

Laborator müayinə:   

  • Kreatinin, urea və sidik turşusu ↑   
  • K ↑, P ↑, Ca ↓ (hiperfosfatemiya ikincili hipokalsemiya ya səbəb olur)   

 

Profilaktika 

  • Hidratasiya   
  • Aşağı-orta riskli xəstələrdə allopurinol   
  • Yüksək riskli xəstələrdə rasburikaza və ya febuksostat   

 

Müalicə   

  • Hidratasiya   
  • Hiperkalemiya   zamanı:   
    • İlgək diuretikləri   
    • Natriumbikarbonat ( hiperkalemiya nın səbəb olduğu asidozun qarşısını almaq üçün)   
    • Qlükoza + insulin (qlükoza hüceyrə daxilinə keçərkən kaliumla birgə keçir, bu səbəbdən qlükoza onu hüceyrə daxilinə keçməyə təşviq edən insulinlə birlikdə verilir)   
  • Hemodializ ( kəskin böyrək çatışmazlığı əlamətləri olduqda)