Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Appendisit

Giriş  

Appendisit kor bağırsağın iltihabı xəstəliyidir. Daha çox uşaqlıq və yeniyetməlik dövründə müşahidə olunur. Əksər hallarda appendisitin etiologiyasında kor bağırsağın obstruksiyası dayanır.  

 

Etiologiya  

Kor bağırsaq boşluğunun obstruksiyasının ehtimali səbəbləri:  

  • Koprolitlər  
  • Limfatik hiperplaziya  
  • Qastrointestinal şişlər   
  • Yad cisimlər  

Appendisitin ən çox rast gəlinən törədiciləri:  

  • E. coli  
  • P. aeruginosa  
  • K. pneumoniae  

 

Simptomlar   

Qarın ağrısı:   

  • Adətən, ilkin olaraq epiqastrik və ya göbəkətrafı nahiyədə başlayır  
  • Təxminən 4–24 saatdan sonra sağ aşağı qarın kvadrantına keçir   

Digər simptomlar:  

  • Ürəkbulanma, qusma  
  • İştahsızlıq  
  • Qızdırma  

 

Diaqnostika  

Fiziki müayinə  

Appendisitə xas əlamətlər:  

  • Bloomberg əlaməti: sol aşağı qarın kvadrantının palpasiyası zamanı əli çəkdikdən sonra əks tərəfdə (sağda) ağrı  
  • Douglas əlaməti: rektal müayinədə Duqlas boşluğu palpasiyasının ağrılı olması  

Laborator müayinə  

  • İltihab göstəriciləri:  
    • Leykosit sayı ↑, CRP  ↑  
  • Hamiləlik testi:  
    • Doğuş yaşında olan qadınlarda hamiləliyi çıxdaş etmək üçün  

Radioloji müayinə  

Qarın boşluğunun ultrasəs müayinəsi:  

  • Patoloji nəticələr:   
    • Kor bağırsağın diametri > 6 mm  
    • Kokard fenomeni  
    • Appendix ətrafında maye toplanması  
    • Appendixin ultrasəs başlığı ilə sıxıla bilməməsi  
    • Perforasiya zamanı: Qarında sərbəst hava  

 

Müalicə  

  • Əsas seçim metodu: laparoskopik appendektomiya (alternativ olaraq açıq appendektomiya)  
  • İkinci seçim metodu: antibiotik müalicəsi  

 

Laparoskopik appendektomiyanın aparılması:  

  • Trokarların yerləşdirilməsi (adətən, üç trokar) → eksplorativ laparoskopiya → appendiksin lokalizasiyanının təyini → çöz (mesenterium) damarlarının bağlanması ilə appendiksin preparasiyası → appendiksin əsasına liqatura qoyularaq kəsilməsi → qarın boşluğunun yuyulması → qarın divarının bağlanması  

Appendiksin qan təchizatı:

Aorta abdominalis → A. mesenterica superior → A. ileocolica → A. appendicularis

 

Antibiotik müalicəsi:  

  • Ağırlaşmamış appendisit: 2-ci nəsil sefaosporin + metronidazol  
  • Ağırlaşmış (perforasiya olmuş) appendisit: piperasillin/tazobaktam