Bağırsaq xərçəngi
Giriş
Bağırsaq (kolorektal) xərçəngi – yoğun bağırsaq (kolon) və ya düz bağırsaq (rektum) epitelindən inkişaf edən bədxassəli şişdir.
Etiologiya
Genetik risk faktorları:
- APC və DCC kimi şiş supressor genlərin olmaması
- K-Ras onkogenlərinin aktivləşməsi
- Xəstələrin təqribən 20-30%-də müsbət ailə anamnezi
Digər risk faktorları:
- Siqaret, alkoqol, artıq çəki
- Liflə zəngin olmayan, yağlı qidalanma
- Rektal poliplər, xroniki iltihabi bağırsaq xəstəlikləri ( Kron xəstəliyi , xoralı kolit), tip 2 şəkərli diabet
Simptomlar
Erkən mərhələlərdə, adətən, asimptomatik olur.
İrəliləmiş mərhələlərdə aşağıdakı əlamətlər müşahidə oluna bilər:
- Qəbizlik və ya ishal
- Qanlı nəcis
- B-simptomları: çəki itkisi, gecə tərləmələri, zəiflik
- Gecikmiş mərhələlərdə kəskin qarın ağrısı
Metastazlar
- Lokal yayılma:
- Peritona yaxın bölgələrdə qonşu toxumalara infiltrasiya ola bilər
- Hematogen metastaz:
- Əsasən, qaraciyər (qapı venası vasitəsilə), ağciyər və sümüklərə yayılır
- Limfogen metastaz:
- Metastazlar mezenterial və ya çanaq limfa düyünlərində aşkarlana bilər
Diaqnostika
Nəcisdə gizli qan testi:
- Erkən aşkar etmək üçün (skrininq testi)
Kolonoskopiya:
- Ən dəqiq diaqnostika üsuludur, biopsiya vasitəsilə diaqnoz qoyulur
Radioloji müayinə:
- Mümkün metastazları aşkarlamaq üçün qarın boşluğunun ultrasəs müayinəsi, döş qəfəsinin rentgeni, gərəkli olduqda KT və ya MRT
Laborator müayinə:
- CEA (karsinoembriogenik antigen)
Müalicə
Cərrahi müalicə:
- Şişin və yaxınlıqdakı limfa düyünlərinin çıxarılması
Xemoterapiya:
- Adyuvant terapiya: şiş tam çıxarıldıqdan sonra residiv riskini azaltmaq üçün
- Neoadyuvant terapiya: əməliyyatdan əvvəl şişi kiçiltmək üçün (məsələn: düz bağırsaq xərçəngində)
- FOLFOX, CAPOX kimi xemoterapiya rejimlərindən istifadə olunur:
- FOLFOX: fol turşusu + 5-fluorurasil + oksaliplatin
- CAPOX: kapesitabin + oksaliplatin
Profilaktika
- Sağlam həyat tərzi, siqaret və spirtli içkilərdən uzaqlaşmaq
- Lifli qidalarla qidalanma, qırmızı ət istifadəsinin məhdudlaşdırılması
- Müntəzəm skrininq müayinələri, xüsusilə 50 yaşdan yuxarı şəxslər (müsbət ailə anamnezi olan şəxslərdə 45 yaşından etibarən) üçün