Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Qalxanabənzər vəzin xərçəngi

Giriş   

Qalxanabənzər vəzin xərçəngi müalicə seçimləri və proqnoz baxımından fərqli olan müxtəlif tiplərə bölünür. Təsnifat hissəsində bu barədə daha geniş izah verilmişdir.  

 

Etiologiya  

Əsas risk faktorlarına aiddir:   

  • İonlaşdırıcı şüalanma   
  • Genetik amillər (məsələn: multipl endokrin neoplaziya)  

 

Təsnifat  

Qalxanabənzər vəzi şişlərinin histoloji təsnifatı ( WHO təsnifatı ) diaqnostika, müalicə və proqnozun qiymətləndirilməsi üçün əsas rol oynayır:  

  • Follikulyar epitel hüceyrələrindən mənşə alan:  
    • Papilyar qalxanabənzər vəzi xərçəngi (ən geniş yayılmış): differensiasiya etmiş  
    • Follikulyar qalxanabənzər vəzi xərçəngi: differensiasiya etmiş  
    • Anaplastik qalxanabənzər vəzi xərçəngi: differensiasiya etməmiş  
  • Parafollikulyar C-hüceyrələrindən mənşə götürən:  
    • Medulyar qalxanabənzər vəzi xərçəngi: differensiasiya etməmiş  
  • Qarışıq formalar:  
    • Hər iki hüceyrə növünün xüsusiyyətlərini göstərə bilər  

Differensiasiya etmiş və differensiasiya etməmiş xərçənglərin fərqləndirilməsi müalicənin təyin olunmasında əsas rol oynayır.  

 

Simptomlar  

Adətən, erkən mərhələdə asimptomatik, bəzən sərt və ağrısız düyün  

İrəliləmiş mərhələdə isə mümkün simptomlar, əsasən, mexaniki əlamətlərdən ibarətdir:  

  • Disfaqiya (udma çətinliyi)  
  • Disfoniya (N.recurrens iflici)  
  • Horner triadası (ptoz, mioz, anhidroz)  
  • Yuxarı boş vena sindromu  
  • Boyun və ya körpücükaltı limfa düyünlərinin böyüməsi  

Qalxanabənzər vəzi xərçənglərinin təqribən 50%-i təsadüfi olaraq tapılır.  

 

Diaqnostika  

Fiziki müayinə:  

  • İrəliləmiş mərhələdə sərt, ağrısız düyünlər  

Laborator müayinə:  

  • Şiş markerləri:  
    • Tireoqlobulin - follikulyar və papilyar qalxanabənzər vəzi xərçənginin müalicəsindən sonra nəzarət üçün istifadə edilir  
    • Kalsitonin - medulyar qalxanabənzər vəzi xərçənginin diaqnozu və izlənməsi üçün spesifikdir  
    • CEA (karsinoembrionik antigen) xromoqranin A - medulyar karsinomada diaqnozu dəqiqləşdirmək üçün istifadə olunur  
  • Qalxanabənzər vəzin funksiya parametrləri:  
    • TSH,  sərbəst T3 və sərbəst T4 miqdarı, adətən, normal olur  

Ultrasəs müayinəsi:  

  • Nahamar sərhədlər, hipoexogen sahələr  
  • Ölçüsü >1 sm olan düyünlər  
  • Mikrokalsifikasiyalar  

Qalxanabənzər vəzin sintiqrafiyası:  

  • "Soyuq" düyünlərin aşkarlanması bədxassəli şiş ehtimalını artırır  

Qalxanabənzər vəzin biopsiyası:  

Mərhələləndirmə ( staging ) üçün:  

  • Döş qəfəsinin rentgen və ya KT müayinəsi  
  • Qarın boşluğunun ultrasəs və ya KT müayinəsi  

 

Müalicə  

Ümumi müalicə prinsipləri:  

  • Cərrahi müdaxilə:  
    • Bütün qalxanabənzər vəzi xərçənglərinin müalicəsində əsas addım  
    • Hemi- və ya total tiroidektomiya  
  • Adyuvant terapiya:  
    • Zərurət olduqda əməliyyatdan sonra digər üsullar (məsələn: radioyod terapiya)  
  • Əməliyyat mümkün olmazsa və ya metastazlı irəliləmiş mərhələlərdə:  
    • Palliativ xemoterapiya  

Medulyar qalxanabənzər vəzi xərçəngində əlavə olaraq:  

  • Tirozin kinaza inhibitorları