Revmatik qızdırma
Giriş
Revmatik qızdırma - A qrupu β-hemolitik streptokokklar tərəfindən törədilən boğaz infeksiyalarından (məsələn: tonzillit, faringit) sonra inkişaf edən autoimmun xəstəlikdir. Bu xəstəlik ürək, oynaq və dəridə iltihabi reaksiyalara səbəb olur.
Etiologiya
A qrupu β-hemolitik streptokokklara yoluxduqdan sonra bu streptokokklara qarşı yaranan anticisimlər səhvən (mimikriya nəticəsində) orqanizmin öz hüceyrələrini tələf edir.
Mimikriya - törədici antigeninin orqanizmin öz toxumalarındakı antigenlərlə oxşar olmasıdır. Nəticədə törədiciyə qarşı yaranmış anticisimlər orqanizmin öz toxumalarını da zədələyir. Məsələn:
|
Simptomlar
Ümumi simptomlar:
- Qızdırma
- Yorğunluq, zəiflik
Spesifik simptomlar:
Ürək çatışmazlığı simptomları:
- Pankardit nəticəsində qapaq çatışmazlığı/stenozu və buna müvafiq olaraq ürək çatışmazlığı simptomları inkişaf edə bilər. Prosesə ən çox məruz qalan qapaqlar mitral və aortal qapaqlardır.
Oynaq ağrıları:
- Asimmetrik poliartrit nəticəsində
Dəri simptomları:
- Revmatik dərialtı düyünlər
- Erythema anulare rheumaticum (sürətlə, xüsusilə, göbəkətrafı nahiyədə yayılır)
- Erythema nodosum (dəri altında ağrılı qabarıqlıqlar)
Mərkəzi sinir sistemi simptomları:
- Kiçik xoreyalar (adətən, birtərəfli)

Diaqnostika
Laborator müayinə:
- İltihab parametrləri ↑ (EÇS, leykosit sayı, CRP)
- A qrupu streptokokkların metabolitlərinə qarşı anticisimlər:
- Antistreptolizin-O (ASO):
- Xüsusilə, boğaz infeksiyalarından sonra yüksəlir
- Dezoksiribonukleotidazaya qarşı anticisimlər (ADB):
- Dəri və yumşaq toxuma infeksiyalarından sonra artır (məsələn: qızılyel)
- Antistreptolizin-O (ASO):
Jones kriteriyaları
Revmatik qızdırma diaqnozu üçün Jones kriteriyalarından istifadə olunur.
Əsas kriteriyalar:
- Dərialtı düyünlər
- Poliartrit
- Erythema anulare
- Xoreya
- Kardit
Köməkçi kriteriyalar:
- Qızdırma
- Poliartralgiya
- EÇS və leykosit sayı ↑
- EKQ-də PQ intervalının uzanması
Diaqnozun qoyulması üçün iki əsas kriteriya və ya bir əsas + 2 köməkçi kriteriya qarşılanmalıdır.
Müalicə
Antibakterial terapiya:
- Penisillin V və ya sefalosporinlər
- Bu preparatlara qarşı allergiya olduqda: makrolidlər
İkincili antibakterial profilaktika:
- Penisillin 5-10 il qəbul olunmalıdır (klinik şikayətlərə əsasən bu müddət müəyyən edilir)
Sistemik iltihabın müalicəsi:
- İbuprofen, naproksen
- Ürək funksiyaları kəskin pozularsa: əlavə olaraq qlükokortikoidlər
Revmatik xoreyanın müalicəsi:
- Sedativ preparatlar, antipsixotik preparatlar
Qapaq zədələnməsi olduqda:
- Müvafiq müalicə (qapaq rekonstruksiyası və ya cərrahi müalicə ən az 1 il sonra aparıla bilər)