Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Mitral qapaq çatışmazlığı

Giriş  

Mitral qapaq çatışmazlığı – mitral qapağın tam bağlanmaması ilə xarakterizə olunan və aorta stenozundan sonra ikinci ən çox rast gəlinən ürək qapaq xəstəliyidir.   

Yüngül formalar, adətən, asimptomatik olur. Lakin xəstəliyin ağır formaları sol qulaqcıq və sol mədəcikdə genişlənməyə, pulmonar hipertenziyaya və eləcə də kəskin hallarda ağciyər ödemi və kardiogen şoka səbəb ola bilər.   

mitral-catismazliq.png

 

Etiologiya  

Kəskin mitral qapaq çatışmazlığı:  

Xronik mitral qapaq çatışmazlığı:  

  • Birincili çatışmazlıq:   
    • Qapaq aparatının quruluşca zədələnməsi:  
      • Məsələn: mitral qapaq prolapsı (ən çox rast gəlinən səbəb)  
  • İkincili çatışmazlıq:   
    • Qapaq aparatı, adətən, intakt qalır:  
      • Sol mədəciyin disfunksiyası (məsələn: kardiomiopatiyalar, miokardit

 

Simptomlar  

Kəskin mitral qapaq çatışmazlığı:  

Bəzi hallarda fulminant (kəskin) gedişat müşahidə olunur və bu letal nəticələnə bilər:  

  • Ağciyər ödemi  
  • Kardiogen şok  

Xronik mitral qapaq çatışmazlığı:  

Adətən, ürək çatışmazlığı əlamətləri:  

  • Fiziki aktivlik zamanı təngnəfəslik  
  • Başgicəllənmə, döş nahiyəsində ağrı  
  • Fiziki gücün azalması, yorğunluq  
  • Sianoz (dəri və selikli qişaların göyərməsi)  
  • Periferik ödem  
Xroniki mitral çatışmazlıq, adətən, yalnız irəliləmiş mərhələlərdə simptomlar göstərir.  

 

Diaqnostika  

Exokardioqrafiya (qızıl standart):  

  • Transtorakal (döş qəfəsi üzərindən) exokardioqrafiya vasitəsilə müayinə oluna bilər:    
    • Çatışmazlığın dərəcəsi (yüngül, orta və ya yüksək dərəcəli)  
    • Qapaq morfologiyası  
    • Sol mədəcik funksiyası və ölçüləri  
  • Transezofaqeal (qida borusu vasitəsilə) exokardioqrafiya aşağıdakı hallarda əlavə olaraq tətbiq olunur:  
    • Transtorakal müayinə kifayət etmədikdə və ya yüksək dərəcəli çatışmazlıq aşkarlandıqda  

 

Müalicə  

Yüngül və orta dərəcəli çatışmazlıq:   

  • Müalicəyə ehtiyac yoxdur  

Yüksək dərəcəli çatışmazlıq zamanı: