Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Sarkoidoz

Giriş  

Sarkoidoz, əsasən, ağciyərləri tutan, lakin digər orqanlara da yayıla bilən multisistem xəstəlikdir. Histoloji olaraq çoxnüvəli nəhəng hüceyrələrdən ibarət qranulomaların olması ilə xarakterizə edilir.  

 

Etiologiya  

Xəstəliyin əsas səbəbi bilinməsə də, bəzi risk faktorları məlumdur:

  • Ətraf-mühit faktorları (yüksək rütubət, gübrələr)  
  • Genetik meyllilik (HLA-DRB-1, HLA-DPB-1, HLA-DQB-1)  

 

Simptomlar   

Sarkoidozun gedişatına görə iki əsas forması var: kəskin və xroniki sarkoidoz.  

Kəskin sarkoidoz  

Ümumi simptomlar:  

  • Qızdırma  
  • İştahsızlıq, çəki itkisi  

Ağciyər simptomları:  

Xroniki sarkoidoz  

Ağciyər sarkoidozu:  

  • Çox vaxt simptomsuz və ya minimal simptomlarla müşahidə olunur  
  • Mümkün simptomlar:  

Ekstrapulmonar sarkoidoz:  

  • Göz:  
    • İridosiklit  
    • Xroniki konyunktivit  
  • Dəri:  
    • Erythema nodosum  
    • Yara sarkoidozu: köhnə yaralarda iltihabi dəyişikliklər  
  • Sarkoidoza məruz qala bilən digər orqanlar:  
    • Limfa düyünləri: ağciyərlərdən sonra ikinci ən çox imfa düyünləri sarkoidoza məruz qalır  
    • Sinir sistemi: neyrosarkoidoz  
    • Ürək: kardial sarkoidoz  
    • Oynaqlar (poliartrit) və skelet əzələləri  

 

Diaqnostika  

Laborator müayinə  

Kəskin sarkoidoz:  

  • İltihab göstəriciləri (leykosit sayı ↑, CRP ↑)  

Xroniki sarkoidoz:  

  • İltihab göstəriciləri (leykosit sayı ↑, CRP ↑)  
  • Angiotenzin çevirici ferment ↑, S-IL-2R (İL-2 reseptoru) ↑ və neopterin ↑: xəstəlik aktivliyinin göstəricisi olaraq və eləcə də terapiyanın monitorinqində istifadə olunurlar  
  • IgG ↑ (xəstələrin təqribən yarısında müşahidə olunur)  
  • Ca2+ ↑ (proqnostik mənfi göstərici)  

Radioloji müayinə   

Döş qəfəsinin rentgeni:  

Xroniki sarkoidoz çox vaxt təsadüfi radioloji müayinədə aşkar edilir. Xəstəlik ağciyərin radioloji müayinəsinə əsasən mərhələlərə bölünür:   

sarkoidoz-merhele.png

 

epitel-11.png

 

Döş qəfəsinin kompüter tomoqrafiyası:  

  • Rentgen müayinəsi diaqnoz qoymağa kifayət etmədikdə  

PET-KT və bütün bədən MRT:  

  • Digər orqanların prosesə məruz qalıb-qalmadığını müəyyənləşdirmək üçün  

Histoloji müayinə  

  • Qızıl standartdır  
  • Prosesə məruz qalan toxumalardan götürülmüş qeyri-nekrotik qranulomaların histoloji müayinəsi xəstəliyi təsdiq edir  

Bronxoalveolyar lavaj  

  • CD4/CD8 nisbəti ↑  

 

Müalicə  

Xəstəliyin irəliləməsini ləngitmək və simptomları azaltmaq üçün immunsupressiv terapiyadan istifadə olunur.  

Müalicə xəstəliyin terapiyaya cavabına əsasən mərhələli şəkildə aparılır:  

sarkoidoz-mualice.png