Göy öskürək
Giriş
Göy öskürək – qram-mənfi basillərdən olan Bordetella pertussis tərəfindən törədilən infeksion xəstəlikdir. Xəstəliyin əsas əlaməti şiddətli öskürək tutmalarıdır.
Etiologiya
- Törədici:
- Bordetella pertussis
- Yayılma yolu:
- Hava-damcı yolu ilə
Mərhələlər
İnkubasiya müddəti: 5-20 gün
Kataral mərhələ: 1-2 həftə
- Qeyri-spesifik qrip simptomları
- Adətən, temperatur olmur (bəzi hallarda subfebril qızdırma)
Konvulsiv mərhələ: 4-6 həftə
- Əsasən, gecələr öskürək tutmaları, ardınca isə yüksək səsli inspirasiya
- Temperatur olmur
Dekrement mərhələ: 10-12 həftə
- Simptomların geriləməsi
- Öskürək tutmaları aylar boyu davam edə bilər
Diaqnostika
Laborator müayinə:
- Leykositoz və limfositoz
Törədicinin aşkar edilməsi üçün:
- İlk 2-3 həftə: PCR
- 3 həftədən sonra: seroloji müayinə:
- ELİSA: B.pertussisə qarşı IgG miqdarının təyini
| B. pertussisə qarşı peyvəndin olması ehtimali infeksiyanı çıxdaş etmir. |
Müalicə
Simptomatik terapiya:
- Qısatəsirli β2-simpatomimetiklər (salbutamol), bəzi hallarda qlükokortikoid istifadəsi
Antibiotik müalicəsi:
- İlk seçim preparatı: makrolidlər (azitromisin, klaritromisin)
- Alternativ: kotrimoksazol
- Antibiotik müalicəsi 5-14 gün davam etdirilir.