Bruselyoz
Giriş
Bruselyoz bakterial zoonoz xəstəliklərdən biridir. Xəstəlik Brucella melitensis və Brucella abortus tərəfindən törədilir. İnfeksiya insanlara, adətən, kontaminə olmuş qidalar vasitəsilə keçir.
Əksər hallarda asimptomatik olan xəstəlik bəzi hallarda qızdırma və baş ağrısı müşahidə olunur. Müalicə doksosiklin və streptomisinlə antibiotik müalicəsindən ibarətdir.
Etiologiya
Törədici:
- Qram-mənfi basillərə aid olan brusellanın əsas 2 növü xəstəliyə səbəb olur:
- Brucella melitensis (qoyunlar və keçilər)
- Brucella abortus (inəklər)
Yoluxma yolu:
- Kontaminasiya olunmuş qidalar vasitəsilə (ət, pasterizə olunmamış süd)
Simptomlar
Adətən, bir neçə gündən bir neçə aya qədər inkubasiya müddəti olur.
İnfeksiya ilə yoluxmuş şəxslərin böyük əksəriyyətində heç bir simptom müşahidə olunmur. Yalnız çox az insanda (<10%) aşağıdakı simptomlar ortaya çıxa bilər:
- Qızdırma
- Baş ağrısı
- Gecə tərləmələri
- Oynaq ağrıları
- Limfadenopatiya
Diaqnostika
- Qan kulturu
- Seroloji müayinə
Müalicə
- Doksisiklin + streptomisin (və ya rifampisin)