Məxmərək
Giriş
Məxmərək, əsasən, 10 yaşa qədər uşaqlarda rast gəlinən səpkilərlə müşayiət olunan viral infeksion xəstəlikdir. Yoluxma hava-damcı yolu ilə baş verir. Xüsusi müalicə preparatı olmasa da profilaktik tədbir olaraq peyvəndləmədən istifadə olunur.
Etiologiya
Törədici:
- Rubella virusu
Yoluxma yolu:
- Hava-damcı yolu ilə
Simptomlar
Xəstələrin yarısında heç bir əlamət müşahidə olunmur.
Simptomatik gedişat zamanı isə aşağıdakı əlamətlər meydana çıxa bilər:
- Qızdırma
- Boyun və qulaq arxasında limfa düyünlərinin böyüməsi
- Oynaq və əzələ ağrıları
- Ümumi yorğunluq
- Rinokonyunktivit
Diaqnostika
Laborator müayinə:
- PCR müayinəsi (boğaz yaxmasından)
- Seroloji müayinə - qanda IgG və IgM təyini
Müalicə
Antiviral müalicə mövcud deyil. Müalicə simptomatik terapiyadan ibarətdir.