Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Hepatit B

Giriş  

Xəstəlik hepatit B virusu tərəfindən törədilir. Ən çox cinsi yolla yayılmaqla yanaşı, perinatal və parenteral yolla da ötürülür. Adətən, asimptomatik keçsə də, bəzi hallarda xronik xarakter göstərir və gələcəkdə sirroz və qaraciyər xərçənginin yaranması üçün risk yaradır. Diaqnoz seroloji müayinəyə əsasən qoyulur. Müalicədə isə əsas yeri interferon-α tutur. 

 

Etiologiya       

Törədici: hepatit B virusu

Əsas yayılma yolları:

  • Cinsi yolla (65% hallarda)

  • Perinatal (anadan dölə)

  • Parenteral: 

    • Narkotik istifadəçilərinin eyni iynədən istifadəsi

    • Tibbi personalda iynə batmasından sonra və ya kontaminasiya olmuş alətlərdən istifadə zamanı

narkotikiyne.png

 

Simptomlar  

  • Əksər hallarda asimptomatik gedişat

  • Bəzən sarılıq , ümumi qripəbənzər simptomlar, qarın ağrısı

sari1-1.png

Diaqnostika   

Diaqnostikada virusun tərkib hissələri (HBV-DNA, HBs-Ag, HBc-Ag, HBe-Ag) və ona qarşı yaranmış anticisimlər (Anti-HBs,  Anti-HBc, Anti-HBe) qanda təyin olunur.

HBV-DNA: 

  • İnfeksiya və virus yükünün diaqnostikası

  • Xronik hepatit B zamanı proqnostik marker

HBs-Ag (surface antigen – səth antigeni):

  • Bütün hallarda (kəskin və xronik hepatit zamanı, eləcə də asimptomatik daşıyıcılarda) pozitiv

HBc-Ag (core antigen – nüvə antigeni):

  • Diaqnostikada elə də rol oynamır

HBe-Ag (ekskretor antigen):

  • Xronik hepatit B zamanı proqnostik marker

  • Virusun replikasiya dərəcəsini göstərir

Anti-HBs: 

  • Kəskin hepatitin sağalmasını göstərir

  • Hepatit B peyvəndindən sonra pozitiv olur

Anti-HBc:

  • Ümumi Anti-HBc: skrininq parametri olaraq istifadə olunur, virusla kontaktı göstərir

  • Anti-HBc-IgM: kəskin hepatiti göstərir

  • Anti-HBc-IgG: virusla kontakt olduğunu bildirir

Anti-HBc:

  • Xronik hepatit B zamanı yaxşı proqnostik faktor (antiviral preparatların təsir etdiyini göstərir)

 

Xəstəliyin müxtəlif mərhələlərində laborator göstəricilərin interpretasiyası

screenshot-901.png

 

Müalicə   

Kəskin hepatit B zamanı müalicə:

  • Normal gedişat zamanı: xüsusi müalicəyə gərək yoxdur

  • Fulminant gedişat olan hallarda: qaraciyər transplantasiyası gərəkli ola bilər

Xronik hepatit B zamanı müalicə:

Antiviral terapiya:

  • Göstəriş: transaminazaların qanda miqdarından, virus aktivliyindən və eləcə də qaraciyərin fibrozlaşma dərəcəsindən (qaraciyər elastoqrafiyası ilə müayinə olunur) asılı olaraq müalicəyə başlanıb-başlanmayacağına qərar verilir

  • Preparatlar: 

    • İnterferon-α (ilk seçim preparatı)

    • Əks-transkripsiya inhibitorları:

      • Entekavir, lamivudin, tenofovir, adefovir

 

Proqnoz  

  • İnterferon-α ilə müalicə xəstələrin 40%-də sağalmaya nail olur  
  • Xronikləşmiş hepatit B gələcəkdə qaraciyər sirrozu və qaraciyər xərçəngi üçün artmış risk deməkdir