Meningit
Giriş
Meningit meninkslərin (baş və onurğa beyin zarı) iltihabi prosesini xarakterizə edir. Xəstəliyə, adətən, bakteriya (xüsusilə, meninqokok və pnevmokoklar) və ya viruslar səbəb olur. Əsas simptomlara başağrısı, temperatur və meningizm əlamətləri aiddir.
Diaqnostikanın əsasını likvor müayinəsi tutur. Müalicənin özəyini isə antibakterial/antiviral terapiya təşkil edir.

Etiologiya
Bakterial meningit
İnfeksiya yolu:
- Hava-damcı yolu ilə
- Hematogen yayılma (məsələn: burun-udlaq infeksiyalarında)
- Topoqrafik yaxın orqanlardan infeksiyanın keçməsi (məsələn: qulaq)
- Cərrahi əməliyyatlardan sonra
Əsas patogen bakteriyalar:
- Pnevmokoklar, meninqokoklar, H. influenzae, listeria
Viral meningit
İnfeksiya yolu:
- Hava-damcı yolu ilə
- Zoogen (xüsusilə, gənələr və digər buğumayaqlılardan)
- İmmunsupressiv xəstələrdə opportunistik infeksiya
Əsas patogen viruslar:
- Enterovirus, Herpes simplex, sitomeqalovirus, Varicella-zoster, Epstein-Barr virusu, QİÇS
| ⚠️ Pnevmokokk meningiti zamanı xəstə izolyasiya olunmalıdır! |
Simptomlar
Klassik meningit triadası:
- Baş ağrısı
- Qızdırma
- Müsbət meningizm əlamətləri: Brudzinski, Kernig, Lasègue

Yanaşı olaraq artmış kəllədaxili təzyiq nəticəsində ürəkbulanma, qusma, şüurun bulanıqlaşması, epileptik tutmalar müşahidə oluna bilər.
Diaqnostika
Klinik müayinə:
- Meningizm əlamətləri: Brudzinski, Kernig, Lasègue

Meningizm əlamətlərinin yoxlanılması:
|
Likvor müayinəsi zamanı əsas göstərici likvor mayesində leykositlərin miqdarıdır:
- Likvorda leykositlərin 5/µl-dən artıq olması patoloji dəyişikliklərin göstəricisidir. Viral mənşəli meningitlərdə leykosit sayı, adətən, 5–500/µl arasında, bakterial formalarda isə 500/µl-dən yüksək olur.
Əlavə olaraq diqqət yetirilməli əsas laborator göstəricilər likvorda qlükoza, zülal və laktat turşusunun miqdarıdır.
Meningit zamanı likvor mayesində:
|

Müalicə
Xəstədə meningitə ciddi şübhə olduqda, likvor müayinəsinin nəticələrini gözləmədən empirik antibiotik müalicəyə dərhal başlanılmalıdır. Müalicədəki gecikmə qalıcı nevroloji fəsadlara və ölümə səbəb ola bilər.
Bəzi hallarda bakterial meningit zamanı inkişaf edən beyin ödeminin qarşısını almaq məqsədilə deksametazon tətbiq olunur.
Empirik antibakterial müalicə
3-cü nəsil sefalosporinlər (adətən, seftriakson və ya sefotaksim) + ampisillin
- 3-cü nəsil sefalosporinlər – meninqokok, pnevmokok və H. influenzaya qarşı effektivdir
- Ampisillin isə ehtimali listeria infeksiyasına qarşı əlavə olunur
Empirik antiviral müalicə
- Asiklovir
Kultivasiyanın nəticəsinə əsasən daha sonra törədiciyə müvafiq antibakterial preparatlar tətbiq edilə bilər.