Qıcıqlanmış bağırsaq sindromu
Giriş
Qıcıqlanmış bağırsaq sindromu (IBS – irritable bowel syndrome) ən çox rast gəlinən bağırsaq xəstəliklərindən biridir. Simptomlara qarın ağrısı və ishal (və ya qəbizlik ) aiddir. Diaqnoz digər ehtimali xəstəliklər çıxdaş olunduqdan sonra qoyulur. Müalicə müəyyən həyat tərzi dəyişiklikləri və simptomatik terapiyadan ibarətdir.
Etiologiya
Etiologiya məlum deyil.
Simptomlar
Əsas simptom qarın ağrısı və ya qarında xoşagəlməz hissdir. Yanaşı simptomlara əsasən İBS 3 qrupa bölünür:
IBS-D (diarrhea) – diareya ilə müşayiət olunur.
IBS-C (constipation) – qəbizliklə ilə müşayiət olunur.
IBS-M (mixed) – həm diareya, həm də qəbizliklə ilə müşayiət olunur.
Diaqnostika
Anamnez: tətikləyici faktor? psixi faktorlar?
Qarın boşluğunun ultrasəs müayinəsi
Qadınlarda ginekoloji müayinə
Anti-transqlutaminaza-IgA və ümumi IgA (qlüten enteropatiyasını çıxdaş etmək üçün)
Kalprotektin (xronik iltihabi bağırsaq xəstəliklərini çıxdaş etmək üçün)
Bəzi hallarda, kolonoskopiya və qastroskopiya
| Qıcıqlanmış bağırsaq sindromu diaqnozu yalnız digər bütün ehtimali diaqnozlar çıxdaş olunduqdan sonra qoyula bilər. |
Müalicə
Müalicənin əsasını təşkil edir:
Psixoloji-maarifləndirici söhbət
Probiotiklərin istifadəsi
Pəhriz (Low-FODMAP pəhrizi)
Hərəkətliliyin artırılması, idman
Low-FODMAP pəhrizi, xüsusilə, qıcıqlanmış bağırsaq sindromu zamanı istifadə olunan pəhriz növüdür. Məqsəd meteorizm, qəbzlik və diskomfort kimi simptomları azaltmaqdır. Tərkibi:
Yüksək FODMAP tərkibli, yəni uzaq durulmalı qidalar:
|
Dərman terapiyası - bu hissə Farmakologiya Kompakt kitabından götürülmüşdür.
İBS zamanı dərman terapiyası xəstəliyin tipindən asılı olaraq dəyişir:
IBS-D:
Loperamid:
Opioid reseptor aqonisti olan loperamid diareyaya qarşı təsirlidir.
Ondansetron:
5-HT3 antaqonistləri çəmbər bağırsağın (kolon) peristaltikasını ləngidir.
Rifaksimin:
Bağırsaq florasını “tənzimləyərək” diareya və meteorizmə qarşı kömək edir.
Oral qəbul olunan rifaksimin bağırsaqlardan sorulmur.
IBS-C:
Polietilen qlikol – birinci sıra terapiya:
Osmotik laksativ
Lubiproston:
Xlor kanal aktivatoru → daha yumşaq nəcis
Linaklotid:
Quanilat siklaza vasitəsilə xlor və bikarbonat ionlarının sekresiyası → daha yumşaq nəcis
Teqaserod:
5-HT4 aqonisti olan teqaserod bağırsaq peristaltikasını sürətləndirir.