Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Qluten enteropatiyası

Giriş   

Qluten enteropatiyası (seliak xəstəliyi) taxılların tərkibində olan qlütenə qarşı həssaslıq reaksiyası ilə xarakterizə olunur. Qlütenə qarşı yaranan anticisimlər nəticədə bağırsağın selikli qişasında iltihaba səbəb olan autoimmun reaksiyaya təkan verirlər. Bu zaman ən çox rast gəlinən simptomlara qeyri-müntəzəm defekasiya ( qəbizlik və ya ishal ) və malabsorbsiya aiddir. Diaqnostikada əsas yeri seroloji (anti-transqlutaminaza-IgA) və histoloji müayinə tutur. Qlütensiz pəhrizlə birlikdə xəstəliyin gedişatı və proqnozu yaxşılaşır.  

Qlüten taxıl bitkilərində rast gəlinən zülal qarışığıdır və iki əsas zülal növündən ibarətdir:

  • Qliadin - çörəyin həcminin artmasına kömək edir
  • Qlütenin - çörəyə elastiklik verir

 

Etiologiya  

Genetik:  

  • HLA-DQ2 (ən çox rast gəlinən) və HLA-DQ8  

Ətraf mühit amilləri:  

  • Mədə-bağırsaq infeksiyası  
  • Antibiotik istifadəsi  
  • Bağırsaq florasının dəyişilməsi  

 

Simptomlar   

  • Qeyri-müntəzəm defekasiya ( qəbizlik və ya ishal )  
  • Qarın ağrısı, ürəkbulanma, meteorizm  
  • Malasorbsiya sindromu:  
    • Uşaqlarda fiziki inkişafın ləngiməsi  
    • Çəki itkisi  
    • Zülalların absorbsiyasının azalması → ödem  
    • Vitamin B12 və fol turşusu çatışmazlığı → meqaloblastik anemiya  
    • Dəmir çatışmazlığı → dəmir defisitli anemiya  
    • Vitamin D çatışmazlığı → raxit, osteoporoz  
    • Vitamin K çatışmazlığı → qanaxmaya meyllilik  
    • Vitamin A çatışmazlığı → gecə korluğu  

 

Diaqnostika   

Seroloji müayinə:  

  • Anti-transqlutaminaza-IgA  
  • Ümumi IgA  
  • IgA defisiti olan xəstələrdə əlavə olaraq təyin edilməlidir:  
    • Anti-endomisium-IgG  
    • Anti-qliadin-IgG  
    • Anti-transqlutaminaza-IgG  

Qastroduodenoskopiya:  

  • Seroloji müayinə ilə xəstəliyə şübhə olduqda aparılır  
  • Diaqnozun qoyulması üçün qızıl standartdır  
  • Histoloji müayinə:  
    • Selikli qişanın atrofiyası  
    • Epitel hüceyrələrində limfositlərin artması  
Diaqnostika aparılarkən xəstə qlüten pəhrizinə keçmiş olmamalıdır. Əgər belədirsə, xəstə yenidən qlütenlə yüklənməli və simptomlardan asılı olaraq 2-10 həftə sonra diaqnostika aparılmalıdır.

 

Müalicə  

Müalicə qlütensiz pəhrizdən ibarətdir. Özündə qlüten ehtiva edən qidalar:  

  • Buğda, arpa, çovdar, yulaf və s.