Ağciyər absesi
Giriş
Ağciyər absesi – ağciyər toxumasında yaranan nekrotik absesi xarakterizə edir. Ən çox rast gəlinən səbəb pnevmoniyadır.
Etiologiya
- Pnevmoniya
- Bronxektaziya
- Ağciyər infarktı
Simptomlar
Ağciyər absesi, adətən, kəskin simptomlarla müşahidə olunmur:
- Subfebril temperatur
- Öskürək
- Qoxulu bəlğəm
- Hemoptiz (nadir rast gəlinir)
- B simptomları (arıqlama, gecə tərləmələri, zəiflik)
Diaqnostika
Döş qəfəsinin rentgeni:
- Əksər hallarda diaqnozu təsdiqləməyə kifayət edir
Döş qəfəsinin kompüter tomoqrafiyası:
- Ağciyər xərçəngi və ya vərəm kimi digər səbəbləri istisna etmək üçün gərəkli ola bilər
Mikrobioloji müayinə:
- Bəlğəm kulturu
- Qan kulturu

Müalicə
- Antibiotik terapiyası:
- Əksər hallarda uzunmüddətli (təxminən 6 həftə) antibiotik müalicəsi lazım olur. Anaerob flora da nəzərə alındıqda klindamisin əsas seçim preparatıdır.
- Cərrahi müalicə:
- Antibiotik müalicəsinin uğursuz olduğu hallarda abses cərrahi yolla çıxarılır.