Bazedov xəstəliyi
Giriş
Bazedov xəstəliyi qalxanabənzər vəzin hipertiroidizm lə nəticələnən autoimmun xəstəliyidir. Qadınlarda xəstəlik kişilərə nisbətən 5-8 dəfə çox rast gəlinir.
Etiologiya
- Genetik meyillilik: xəstəlik HLA-DR3 ilə əlaqələndirilir
- Yanaşı xəstəliklər:
- Adətən, digər autoimmun xəstəliklərlə birgə rast gəlinir (məsələn: tip 1 şəkərli diabet , Addison xəstəliyi )
Patofiziologiya
TSH reseptoruna qarşı anticisimlər (TRAb): bu anticisimlər TSH reseptorlarına bağlanır və onları qıcıqlandırır, nəticədə həddən çox artmış TSH aşağıdakılara səbəb olur:
- Hipertiroidizm : T3 və T4 hormonlarının həddindən artıq sintezi
- Zob: qalxanabənzər vəzi hüceyrələrinin böyüməsi
Simptomlar
Tipik simptom triadası:
- Zob (tiroid vəzin böyüməsi)
- Ekzoftalm (gözlərin xaricə doğru qabarması)
- Taxikardiya
Yanaşı olaraq digər hipertiroidizm əlamətləri:
- Metabolik: çəki itkisi, istiliyə həssaslıq
- Kardiovaskulyar sistem: aritmiya, hipertoniya
- Sinir sistemi: tremor, əsəbilik, yuxusuzluq
- Dayaq-hərəkət aparatı: osteoporoz
Diaqnostika
Ultrasəs müayinəsi:
- Hipoexogen, hipervaskulyar, böyümüş qalxanabənzər vəzi toxuması
Laborator müayinə:
- T3 və T4 ↑
- TSH ↓ (artan T3 və T4 miqdarı TSH hormonunu supressiya edir)
- TSH reseptoruna qarşı anticisimlər (TRAb)
Sintiqrafiya:
- Qalxanabənzər vəz toxumasının texnesium absorbsiyasının artması
Müalicə
Dərman müalicəsi:
- Tireostatiklər (tiamazol, karbimazol)
Radioyod terapiyası:
- Göstəriş: dərman müalicəsinə cavab alına bilmədikdə
- 200 Gy doza ilə əksər hallarda remissiya əldə edilir
- Hamiləlik və laktasiya dövründə əks-göstərişdir
Cərrahi müalicə:
- Göstərişlər: hamiləlik planı olan qadınlar, böyük zob
- Üsul: total tireoidektomiya:
- D aha sonra levotiroksinlə ömürlük əvəzedici terapiya aparmalıdır