Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Sonsuzluq və infertillik

Giriş  

Sonsuzluq bir il ərzində müntəzəm qorunmasız cinsi əlaqə zamanı hamiləliyin baş verməməsi vəziyyətidir.   

İnfertillik isə hamiləliyin baş tutmasına baxmayaraq, canlı doğuşla nəticələnməməsi halıdır.  

Sonsuzluq səbəbləri qadın və kişilər arasında təqribən bərabər paylanır (hər biri 30–40%), 10% hallarda isə səbəb aşkarlanmır (idiopatik sonsuzluq).  

 

Etiologiya  

Qadınlarda sonsuzluğun əsas səbəbləri  

Endokrinoloji səbəblər:  

  • Polikistik yumurtalıq sindromu  
  • Birincili yumurtalıq çatışmazlığı:   
    • Yumurtalıq şişləri  
    • Endometriom  
  • İkincili yumurtalıq çatışmazlığı (hipofiz və hipotalamus mənşəli səbəblər):  

Mexaniki və anatomik səbəblər:  

  • Uşaqlıq borularının yumurtahüceyrənin nəqli üçün uyğun olmaması:   
    • Salpinqit, adneksit, uşaqlıq borusunun endometriozu  
  • Uşaqlıq patologiyaları:  
    • Uşaqlığın mioması  
    • Uşaqlığın anadangəlmə anomaliyaları (məs: uterus septus, uterus bicornis)  

 

Kişilərdə sonsuzluğun əsas səbəbləri  

Hormonal səbəblər:  

  • Birincili hipoqonadizm: testosteron sintezinin pozulması  
  • İkincili hipoqonadizm: hipofizdən LH və FSH sekresiyasının pozulması  

Xayalıq və toxumluq axacağı patologiyaları:  

  • Kriptorxizm, maldescensus testis (androgen çatışmazlığı səbəbindən xayalığın lazımi qədər aşağı enməməsi)  
  • Varikosel, hidrosel  
  • Xayalığın infeksiya və travmaları  
  • Xayalıq şişləri  
  • Toxumluq axacağının stenozu  
  • Ductus deferens-in aplaziyası  

Funksional və cinsi pozğunluqlar :  

  • Spermatozoidlərin hərəkətsizliyi  
  • Erektil disfunksiya   
  • Eyakulyasiyanın pozulması (retroqrad eyakulyasiya, erkən boşalma)  

 

Diaqnostika  

Kişilərdə:  

  • Spermoqramma: spermatozoidlərin sayı, hərəkəti və forması, eləcə də mikrobioloji müayinə  
  • Hormon analizi: Testosteron, LH, FSH, TSH, prolaktin  
  • Ultrasəs müayinəsi: toxumluq həcmi, varikosel və ya hidrosel?  
  • Xayalığın biopsiyası  
  • Xromosom analizi  

Qadınlarda:  

  • Uşaqlıq boynunun yaxması (infeksiya?)  
  • Transvaginal ultrasəs müayinəsi  
  • Hormona analiz:  
    • Periodun 3-5-ci günündə: LH, FSH, prolaktin, estradiol, DHEA, androstenedion, TSH  
    • Periodun 3-4-cü həftəsində: progesteron  
  • Xromosom analizi  

 

İnvaziv müayinə metodları  

Histeroskopiya  

  • Uşaqlıq boşluğunun müayinəsi   

     

Digər müayinələr:  

Gestagen testi:  

  • Göstəriş: amenorreya  
  • Məqsəd: yumurtalıqların kifayət qədər estrogen sintez edib-etmədiklərini öyrənmək üçün  
  • Tətbiq: gestagen preparatları 10 gün ərzində xəstəyə verilir. Preparatın qəbulu dayandırıldan sonra 4 gün ərzində qanaxma olmursa → estrogen çatışmazlığı. Qanaxma olursa, normaldır.  

Estrogen-gestagen testi:  

  • Göstəriş: gestagen testi mənfi olduqda differensial diaqnoz üçün aparılır  
  • Məqsəd: endometriumun funksional olub-olmadığını araşdıqmaq üçün  
  • Tətbiq: 20 gün ərzində estrogen preparatları və yanaşı olaraq 11-20-ci günlərdə gestagen preparatları xəstəyə verilir. Preparatların qəbulu dayandırıldan sonra qanaxma olmursa → uşaqlıq patologiyasına işarədir. Bu halda differensial diaqnoz üçün aşağıdakı müayinələr aparılmalıdır:  
    • Ginekoloji müayinə  
    • Transvaginal ultrasəs müayinəsi  
    • Diaqnostik histeroskopiya  

Klomifen testi:  

  • Göstəriş: gestagen testi mənfi olduqda differensial diaqnostika  
  • Məqsəd: hipotalamus və hipofiz hormonlarını araşdırmaq üçün  
  • Tətbiq: antiestrogen preparat olan klomifen 5 gün qəbul olunmalıdır. Hormonal müayinədə:  
    • LH və estradiol yüksəkdirsə → normal hal  
    • Sadəcə LH yüksəkdirsə → birincili yumurtalıq çatışmazlığı  
    • Heç biri yüksək deyilsə → ikincili yumurtalıq çatışmazlığı  

 

Müalicə  

Qadınlarda hormonal terapiya  

  • Birincili yumurtalıq çatışmazlığı zamanı: estrogen və gestagen preparatları  
  • İkincili yumurtalıq çatışmazlığı zamanı:  
    • Hipofiz mənşəli çatışmazlıqda: FSH və LH preparatları  
    • Hipotalamus mənşəli çatışmazlıqda: qonadotropin rilizinq hormonu (GnRH)  
  • Hiperprolaktinemiyada: bromokriptin  

Cərrahi müalicə:  

  • Uşaqlıq anomaliyalarının cərrahi yolla korrektə edilməsi  
  • Salpinqitdən sonra uşaqlıq borularının, vazektomiyadan sonra isə toxumluq axacaqlarının reviziya edilməsi  

Süni mayalanma  

İntrauterin (uşaqlıqdaxili) mayalanma:  

  • Tətbiq:  
    • Əvvəlcədən hazırlanmış sperm konsentratının uşaqlıq daxilinə yeridilməsi  
  • Göstəriş:   
    • Sperm keyfiyyətinin aşağı olması  
    • Uşaqlıq boynunun ötürücülüyünün aşağı olması  
    • Uşaqlıq boynu sekretində anti-sperm anticimlərin olması  

İn-vitro mayalanma:  

  • Tətbiq:  
    • Transvagina follikul punksiyası ilə əldə edilmiş oositlərlə sperm konsentratının xarici mühitdə birləşdirilməsi və inkubasiyası (maksimum 8 hüceyrəyə qədər çoxala bilər, daha sonra uşaqlıq daxilinə yeridilməlidir)  
  • Göstəriş:   
    • Sperm keyfiyyətinin aşağı olması  
    • Uşaqlıq borularından qaynaqlanan patologiyalar zamanı  

İntrasitopazmatik sperm inyeksiyası:  

  • Tətbiq:  
    • İn-vitro mayalanmada olduğu kimi oositlər və sperm konsentratı hazırlanır. Lakin bu metodda spermlər oositin içərisinə inyeksiya edilir.   
  • Göstəriş:   
    • Sperm keyfiyyətinin aşağı olması (o cümlədən, hərəkətsiz olması)