Kəskin bronxit
Giriş
Kəskin bronxit aşağı tənəffüs yollarının ən çox rast gəlinən xəstəliyidir. İnfeksion xəstəlik olan kəskin bronxit zamanı bronxların selikli qişasının iltihablanmaya məruz qalır.
Etiologiya
Əksər hallarda (90%) viral infeksiya - əsasən, rinovirus
Bəzi hallarda bakterial infeksiya
Simptomlar
Bəlğəmli öskürək (bəzən quru öskürək)
Öskürərkən döş qəfəsində ağrı
Ümumi qrip simptomları - baş ağrısı, əzələ ağrıları
Diaqnostika
Adətən, klinik anamnez diaqnoz üçün kifayət edir.
Törədicini təyin etmək lazım gələrsə: burun və boğazdan yaxma
Laborator müayinə:
Bakterial infeksiya zamanı leykositlər ↑ , CRP ↑
Viral infeksiya zamanı normal göstəricilər
Müalicə
Simptomatik terapiya:
antitussiv preparatlar (kodein, dekstrometorfan)
temperatur və ya ağrılar zamanı: parasetamol, ibuprofen
kifayət qədər maye qəbulu
Bakterial superinfeksiyalar zamanı → antibiotik terapiyası