Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Legionellyoz (legioner xəstəliyi)

Giriş  

Legionellyoz bakterial mənşəli infeksion xəstəlikdir. Bu xəstəlik Legionella pneumophila adlı bakteriya tərəfindən törədilir. Bu mikroorqanizm, xüsusilə isti sularda və kondensasiya suyunda sürətlə çoxalır (məsələn: su qızdırıcıları, kondisionerlər). Yoluxma, adətən, kontaminə olmuş aerozolların inhalyasiyası ilə baş verir.  

 

Etiologiya  

Törədici:   

  • L. pneumophila  

Yoluxma yolu:   

  • Kontaminə olmuş aerozolların inhalyasiyası   

 

Simptomlar  

İnfeksiyaya yoluxanların əksəriyyətində simptomlar rast gəlinmir. Yoluxma hallarının cəmi 1%-də xəstəlik simptomları müşahidə olunur. Xəstəlik özünü ağırlıq dərəcəsindən asılı olaraq iki formada göstərir:  

Pontiak qızdırması (pnevmoniyasız forma)  

Qripəbənzər simptomlar müşahidə olunur:  

  • Qızdırma  
  • Başağrısı  
  • Mialgiya   

Legioner xəstəliyi (pnevmoniya)  

  • Atipik pnevmoniya ilə müşayiət olunan ağır formadır  
  • Qripəbənzər simptomlardan əlavə mümkün yanaşı simptomlar:  
    • Öskürək  
    • Diareya  

 

Diaqnostika  

Mikrobioloji müayinə:  

Sürətli və spesifik metodlar:  

  • Legionella antigen testi (sidikdən):  
    • Diaqnostik məqsədlə geniş istifadə olunur  
  • Legionella-PCR (bəlğəmdən):  
    • Çox həssas və sürətli metod  

Törədicinin kultivasiyası:  

  • Mənfi cəhəti: nəticənin gec əldə olunması (4-7 gün)  

 

Müalicə  

Antibiotik terapiyası:  

İlk seçim preparatı:   

  • Levofloksasin  

Alternativ seçim preparatı:  

  • Makrolidlər (məsələn: klaritromisin)  
Ölüm faizi çox yüksək olduğundan antibiotik müalicəsi tez və effektiv aparılmalıdır. Müalicə 5-10 gün davam etdirilir (immunsupressiyalı xəstələrdə 3 həftəyə qədər)