Miokardit
Giriş
Miokardit ürək əzələsinin iltihabını xarakterizə edir. Əksər hallarda etioloji faktor viruslardır. Bununla yanaşı bakterial, autoimmun və digər səbəblər də endokarditə səbəb ola bilər. Simptomlar çox dəyişkənlik göstərir – bəzi hallarda simptomsuz, bəzi hallarda isə döş qəfəsi ağrısına səbəb ola bilər. Ürəyin MRT müayinəsi və endokard biopsiyası (qızıl standart) əsas müayinə metodlarıdır. Əksər hallarda müalicəyə ehtiyac duyulmur, lakin fiziki istirahət mütləqdir.
Etiologiya
İnfeksion səbəblər
Viruslar (ən çox rast gəlinən səbəb):
- Herpes virusları (Epşteyn-Barr virusu, sitomeqalovirus)
- Koksaki-B
- Parvovirus B19
Bakteriyalar:
- Stafilokokklar, enterokokklar, streptokokklar
- B. burgdorferi (Lyme karditi)
- C. diphtheriae (difteriya)
Parazitlər:
- Trypanosoma cruzi (Chagas xəstəliyi)
- Exinokokk
Qeyri-infeksion səbəblər
Revmatoloji və sistemik autoimmun xəstəliklər:
- Revmatoid artrit
- Kardial sarkoidoz
- Kollagenozlar, vaskulitlər
- Revmatik qızdırma
Metabolik/toksik səbəblər:
- Feoxromasitoma
- Ağır metallar (məsələn: mis, kobalt, qurğuşun)
- Narkotik və digər maddələr (xüsusilə, amfetamin, kokain və alkoqol)
Simptomlar
Simptomlar çox dəyişkəndir:
- Çox vaxt simptomsuz və ya yüngül keçir. Yüngül qeyri-spesifik şikayətlərə aiddir:
- Yorğunluq, başgicəllənmə, qripəbənzər simptomlar (məsələn: qızdırma, əzələ ağrıları, baş ağrısı)
- Bəzən ağır hallarda:
- Döş qəfəsində ağrı, ürəkdə çarpıntı və ürək çatışmazlığı simptomları ilə özünü göstərə bilər
Diaqnostika
Anamnez:
- Əvvəlki xəstəliklər (məsələn: revmatik xəstəliklər, autoimmun xəstəliklər)
- İnfeksiyalar (xüsusilə, təzəlikcə keçirilmiş virus infeksiyası)
- Dərmanlar (məsələn: sitostatik preparatlar)
EKQ:
- Adətən, qeyri-spesifik dəyişikliklər: ST-depressiyası/elevasiyası, T dalğasının mənfi inversiyası

| Miokardit zamanı EKQ-də müşahidə olunan dəyişikliklər (ST-depressiyası/elevasiyası, T dalğasının mənfi inversiyası ) miokard infarktı ilə oxşardır. Lakin bu dəyişikliklər miokard infarktından fərqli olaraq diffuz olur, yəni yalnız bir infarkt lokalizasiyasına xas aparmalarda müşahidə olunmur. |
Laborator müayinə:
- Ümumi qan analizi:
- Leykositlər ↑
- Kardial nekroz markerləri: CK, CK-MB və troponin ↑
- Ürək çatışmazlığı yaranarsa: BNP ↑
- İltihab göstəriciləri: CRP və EÇS ↑
- İnfeksion səbəblərin aşkar edilməsi:
- Qan kulturu (bakterial miokardit şübhəsi olarsa)
- Autoimmun anticisimlərin yoxlanması:
- Autoimmun miokardit şübhəsi varsa: AMLA, ASA
- Revmatoloji və ya autoimmun xəstəlik şübhəsi varsa: ANA və revmatoid faktor
Radioloji müayinə
Ürəyin MRT müayinəsi:
- Qeyri-invaziv üsul kimi anatomik, funksional və struktur dəyişikliklərini analiz etmək üçün ən yaxşı seçimdir
- İşemik və qeyri-işemik səbəbləri fərqləndirməyə kömək edir
İnvaziv diaqnostika
Koronar angioqrafiya:
- Miokard infarktını istisna etmək üçün aparılır
Miokardın biopsiyası:
- Diaqnozun qoyulması üçün qızıl standartdır
- Ürək kateterizasiyası vasitəsilə həyata keçirilir, bəzən isə MRT köməyi ilə aparılır
Müalicə
Ümumi yanaşma
- Stasionar müşahidə və izləmə
- Mütləq fiziki istirahət:
- İltihab tam sağalana qədər fiziki fəaliyyət qəti qadağandır (ən azı 6 ay)
Səbəbə yönəlik müalicə
- Antimikrobial müalicə:
- Antibiotiklər: məsələn: revmatik qızdırma və ya Lyme miokarditində
- Virostatik preparatlar
- İmmunsupressiv müalicə:
- Yalnız infeksion səbəblər dəqiq çıxdaş edildikdən sonra aparıla bilər
Simptomatik müalicə
- Ürək funksiyalarında zəifləmə müşahidə olunduqda (exokardioqrafiya vasitəsilə):
- Beta-blokerlər: miokarditli xəstələrdə sağqalma şansını (survival rate) artırır
- AÇE inhibitorları və ya angiotenzin-reseptor blokatorları