Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Vərəm

Giriş         
Vərəm – Mycobacterium tuberculosis bakteriyalarının səbəb olduğu infeksion xəstəlikdir. Əsasən, ağciyərlərə təsir edir, lakin bəzən digər orqanları da zədələyə bilər.  

 

Etiologiya  

Xəstəliyə səbəb olan mikroorqanizmlər:  

  • Mycobacterium tuberculosis 

Yoluxma yolu:  

  • Hava-damcı yolu ilə  

Xəstəlik üçün risk faktorları:  

  • İmmunsupressiyalı xəstələr, o cümlədən QİÇS  
  • Narkomaniya və alkoqolizm  
  • Qida çatışmazlığı, qida keyfiyyətinin aşağı olması  
  • Daha əvvəl keçirilmiş ağciyər xəstəlikləri (məsələn: XOAX , silikoz)  

 

Epidemiologiya  

Daha çox yayılma olan bölgələr:  

  • Hindistan  
  • Çin   
  • Bəzi keçmiş SSRİ ölkələri (məsələn: Qazaxıstan, Estoniya, Moldova)  
  • Cənubi Afrika  

 

Diaqnostika  

Anamnez  

  • Səyahət anamnezi:  
    • Vərəmin (xüsusilə rezistent növlərin) çox yayıldığı bölgələrə səyahət?  
    • Xəstə insanlarla əlaqə?  
  • Ümumi anamnez və risk faktorları:  
    • İmmun çatışmazlıq?  
    • Əvvəlki xəstəliklər?  
    • Asılılıq (narkotiklər, alkoqol)?  

Laborator müayinə  

  • İnfeksiya göstəriciləri:  
    • CRP ↑, EÇS ↑, leykosit sayı ↑  
  • Spesifik testlər:   
    • QİÇS testi və hepatit serologiyası  

Radioloji müayinə  

  • Döş qəfəsinin rentgeni  
  • Bəzi hallarda yanaşı olaraq KT gərəkli ola bilər  

Tipik radioloji müayinə göstəriciləri:  

  • Birincili ağciyər vərəmi:  
    • Hilus limfa düyünlərinin böyüməsi, homogen konsolidasiya, plevra effuziyası  
  • İkincili ağciyər vərəmi:  
    • Üst paylarda nahamar konturlu, ikitərəfli (əksər hallarda) konsolidasiya  
    • Gedişat zamanı isə qalın divarlı, nahamar konturlu kavernalar müşahidə edilir  
  • Sağalmış vərəm:  
    • Kalsifikasiya, ulduzvari çapıqlar, plevranın qalınlaşması və fibroz  
epitel-16.png

 

Patogen diaqnostikası  

Dolayı üsulla patogenin təsdiqi  

  • Tuberkulin dəri testi  
  • İnterferon-γ testi  

Dolayı üsulların çatışmazlıqları:  

  • Aktiv və keçirilmiş infeksiyanı fərqləndirmək mümkün olmur  
  • Yalnış-müsbət cavab:  
    • Peyvənd olunmuş şəxslərdə  
  • Yalnış-mənfi cavab:  
    • İmmunsupressiya və ya infeksiyanın erkən mərhələlərində  

 

Birbaşa üsulla patogenin təsdiqi  

  • Əsas müayinə materialları: bəlğəm, bronxial sekret, bronxoalveolyar lavaj  
  • Diaqnostik üsullar:  
    • Mikroskopiya: Ziehl-Neelsen boyası ilə  
    • Kultivasiya  
    • PCR:  
      • Nisbətən sürətli diaqnostika (müayinə cavabı 2-3 günə alınır)  

 

Müalicə   

Dərman müalicəsi  

Müalicə müddəti:  

  • Standart rejim: 6 ay  
    • İlk 2 ay: izoniazid, rifampisin, pirazinamid, etambutol  
      • Növbəti 4 ay: izoniazid və rifampisin  
    • Müddət uzadıla bilər (9–24 ay): dərmana rezistentlik müşahidə olunarsa  
verem-mualice.png

Alternativ dərman preparatları:  

  • Fluorxinolonlar (moksifloksasin, levofloksasin)  
    • Aminoqlikozidlər (amikasin, streptomisin)