Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Arterial hipertoniya

Giriş  

Arterial hipertoniya ən yayılmış xəstəliklərdən biridir və əsas kardiovaskulyar risk faktorlarından biri hesab olunur. Şəkərli diabet , nikotin istifadəsi kimi digər faktorlarla yanaşı ürək-damar patologiyaları və işemik insult riskini artırır. Qan təzyiqinin 140/90 mmHg-dan çox olması arterial hipertoniya diaqnozunu qoymağa imkan verir. Adətən, heç bir əlamət göstərmədiyindən diaqnoz gec qoyulur, lakin erkən diaqnozu və nəzarət altına alınması ürək-damar xəstəiklərinin profilaktikası baxımından çox əhəmiyyətlidir.   

endokardit-19.png

Etiologiya   

Birincili hipertoniya:  

  • Xəstələrin 90%-də birbaşa səbəb tapılmır  

İkincili hipertoniya:  

 

Simptomlar  

Adətən, asimptomatik  

Simptomlar, adətən, hipertenziv kriz zamanı zamanı ortaya çıxır. Müşahidə olunan şikayətlər:  

  • Baş ağrısı   
  • Başgicəllənmə, qulaqlarda küy  

 

endokardit-20.png

 

Diaqnostika   

Arterial təzyiqin (gərəkli olduğu hallarda 24-saatlıq təzyiq ölçmə) ölçülməsi:  

screenshot-927.png

 

Hipertenziv kriz və hipertenziv təxirəsalınmaz vəziyyət arasındakı fərq:

  • Hipertenziv kriz zamanı hər hansı orqan zədələnməsi müşahidə olunmur. Hipertenziv təxirəxalınmaz vəziyyət zamanı isə yüksək arteria təzyiq orqan zədələnməsi ilə müşayiət olunur (məsələn: miokard infarktı ,   hemorragik insult , ağciyər ödemi, aort disseksiyası). 

Arterial təzyiq ölçülərkən diqqət edilməlidir:  

  • Manjet ürək səviyyəsində qola bağlanmalı  
  • İlk ölçmədə hər iki qolda təzyiq ölçülməli  
  • Təzyiq ölçməzdən öncə minimum 3-5 dəqiqə xəstə sakitlik vəziyyətində olmalı  
  • 1-2 dəqiqə fasilə ilə iki dəfə ardıcıl ölçülməli  
  • Təzyiq ölçülən qol maksimala yaxın gərilmiş olmalı

 

Müalicə  

Qeyri-medikamentoz müalicə – həyat tərzi dəyişiklikləri:  

  • Çəkinin optimal aralıqda saxlanılması (BMI <25 kg/m2)  
  • Siqaretin tərgidilməsi  
  • Alkoqol istifadəsinin azaldılması  
  • Xörək duzu istifadəsinin azaldılması  
  • Bitkilərlə zəngin qidalanmaya üstünlük verilməsi  
  • Fiziki hərəkət (həftədə minimum 5 gün, hər dəfə minimum 30 dəq)  

 

endokardit-23.png

 

Dərman terapiyası  

İlkin mərhələdə müalicə bir və ya iki preparatla aparılır:  

  • AÇEİ/ARB və ya   
  • AÇEİ/ARB + tiazid diuretikləri və ya  
  • AÇEİ/ARB + dihidropiridin-tip KKB  

Aşağıdakı hallarda müalicəyə β-blokerlər də əlavə edilir:  

  • Miokard infarktı
  • Angina pectoris  
  • Vurma fraksiyası azalmış ürək çatışmazlığı (HFrEF)  

Arterial hipertoniya nəzarət altına alına bilmədikdə müalicə aşağıdakı ardıcıllıqla davam etdirilir:  

  • AÇEİ/ARB + tiazid diuretikləri + dihidropiridin-tip KKB  
  • Əlavə olaraq spironolakton və ya doksazosin və ya klonidin  

 

Hipertenziv kriz  

Hipertenziv kriz zamanı əsas seçim preparatları:  

  • Kaptopril  
  • Nitratlar   
  • Dihidralazin  

Hipertenziv kriz zamanı arterial təzyiq ilk saat ərzində 25-30%-dən daha artıq endirilə bilməz:   

  • İstisna: aort disseksiyası, ağciyər ödemi – arterial təzyiq 120/80 mmHg-dan aşağı saxlanılmalıdır.