Farmokologiya Kompakt

Müasir biliklər, Müasir kitab

Daha ətraflı

Perikardit

Giriş   

Perikardit – perikardın iltihabi xəstəliyini xarakterizə edir. Əksər hallarda idiopatik olsa da, bəzi hallarda müəyyən səbəb (virus infeksiyaları, autoimmun xəstəlik) aşkarlanır.   

Miokard təbəqəsi də iltihabi prosesə qoşulduqda, bu, mioperikardit adlanır.   

 

Təsnifat  

  • Kəskin perikardit   
    • <4–6 həftə  
  • Persistə edən perikardit   
    • >4–6 həftə  
  • Təkrarlayan perikardit   
    • Simptomsuz dövrdən ən azı 4–6 həftə keçdikdən sonra simptomların yenidən qayıtması  
  • Xroniki perikardit   
    • >3 ay  

 

Etiologiya  

Əksər hallarda (80%) səbəb tapılmır və ya buna ehtiyac olmur (idiopatik perikardit). Ən çox aşkarlanan səbəblər:

İnfeksion səbəblər:  

  • Viruslar (parvovirus B19, Epşteyn-Bar virusu, koksaki, sitomeqalovirus)  
  • Bakteriyalar nisbətən daha az rast gəlinir (M. tuberculosis, B. burgdorferi, C. burnetti)  
  • Göbələklər və parazitlər isə çox nadirdir  

Qeyri-infeksion səbəblər:  

  • Autoimmun: postinfarkt sindromu, posttravmatik perikardit  
  • Revmatoloji və autoimmun xəstəliklər: qırmızı qurd eşənəyi, revmatoid artrit, revmatik qızdırma     
  • Neoplastik: əsasən, süd vəzi və ağciyər xərçəngi        
  • Metabolik: uremik perikardit  
  • Yatrogen səbəblər: peyvəndlər, şüa terapiya  
    • Bəzi dərman preparatları: amiodaron, tiazid diuretikləri, antineoplastik preparatlar  
Parvovirus B19 və Epşteyn-Bar virusu perikarditə ən çox səbəb olan viruslardır.   

 

Simptomlar  

Simptomlar, adətən, kəskin başlanğıca malik olur:  

  • Subfebril temperatur  
  • Döş qəfəsində ağrı:  
    • Kəskin deşici xarakterli, bəzən sol kürək sümüyünə doğru yayıla bilər  
    • Fiziki hərəkətdən asılı deyil  
    • Uzanarkən, dərin nəfəs aldıqda və ya öskürərkən artır, oturarkən və ya önə əyilərkən isə azalır  
  • Ürək çatışmazlığı simptomları (tez yorulma, təngnəfəslik, periferik ödem və s.)  
Uremik perikardit zamanı döş qəfəsi ağrısı nadir hallarda rast gəlinir.

 

Diaqnostika  

Laborator müayinə:  

  • İltihab göstəriciləri (CRP ↑, EÇS ↑, leykosit sayı ↑)  
  • Kardial biomarkerlər:  
    • Troponin ↑ və CK-MB ↑: miokard zədələnməsi varsa  
    • BNP ↑: konstriktiv perikardit və ya ürək tamponadası varsa  

EKQ:  

Kəskin perikarditdə patoloji EKQ dəyişiklikləri:  

  • Erkən mərhələdə → PQ intervalının diffuz şəkildə enməsi  
  • Kəskin mərhələ → diffuz ST-elevasiyası  
  • Xronik mərhələdə → əksərən, patologiya müşahidə olunmur, bəzi hallarda mənfi T dalğaları  
epitel-5.png
Qırmızı oxlarla ST-elevasiyası, sarı oxlarla PQ enmələri göstərilmişdir.

Exokardioqrafiya:  

  • Perikard effuziyasını aşkar etmək üçün ən yaxşı metod  
  • Perikardın qalınlaşması və diastolik fazada qanla dolma funksiyasının pozulması müşahidə edilə bilər  

İnvaziv diaqnostika:  

Perikardın punksiyası:  

  • İnfeksion, neoplastik və ya autoimmun səbəbləri ayırd etmək üçün istifadə olunur  

Koronar angioqrafiya:  

 

Diaqnostik kriteriyalar  

Perikard diaqnozunun qoyulması üçün Avropa Kardiologiya Cəmiyyətinin (ESC - European Society of Cardiology) kriteriyaları istifadə oluna bilər. Buna əsasən aşağıdakı kriteriyalardan minimum 2-i xəstədə olmalıdır:  

  • Perikardit üçün tipik olan döş qəfəsi ağrısı (yuxarıda verilmişdir)  
  • EKQ-də tipik patoloji dəyişikliklər (yuxarıda verilmişdir)  
  • Kəskin başlayan perikard effuziyası  
  • Auskultasiyada sürtünmə küyü  

 

Müalicə  

Perikarditin müalicəsi etiologiyadan və klinik gedişatdan asılı olaraq fərqlənir.  

Ümumi yanaşma  

  • İltihab göstəriciləri normallaşana və simptomlar keçənə qədər fiziki istirahət tövsiyə olunur  
  • İdman qadağası: perikardit zamanı 3 ay, mioperikardit zamanı 6 ay  

⚠️ Aşağıdakı simptomlardan bir və ya bir neçəsi müşahidə olunarsa, müalicə stasionar şəraitdə aparılmalıdır:

  • Temperatur >38°C

  • Böyük miqdarda perikard effuziyası

  • Ürək tamponadası

  • 1 həftə ərzində müalicəyə cavab alına bilməməsi (simptomların yaxşılaşmaması və ya iltihab parametrlərinin normallaşmaması)

İltihabəleyhinə müalicə  

İlk seçim preparatları:  

  • Qeyri-steroid iltihabəleyhinə preparatlar: aspirin, ibuprofen, kolxisin  

İkinci sıra seçim preparatları:  

  • Qlükokortikoidlər (prednizolon)  

Cərrahi müalicə  

Perikardektomiya:  

Perikard punksiyası və drenaj:  

  • Tamponada və ya böyük effuziya olduqda simptomatik müalicə məqsədilə tətbiq edilir
Perikardektomiya zamanı perioperativ ölüm faizi təxminən 12% təşkil edir!