Mitral qapaq stenozu
Giriş
Mitral qapaq stenozu - sol qulaqcıqla sol mədəcik arasındakı keçidin daralması ilə xarakterizə olunur. Bu daralma sol mədəciyin qanla dolmasını çətinləşdirir, yəni sol qulaqcıqda olan qanın yalnız az bir hissəsi sol mədəciyə keçə bilir. Xəstəlik, adətən, revmatik qızdırma nəticəsində inkişaf edir.
Etiologiya
- Revmatik qızdırma (ən çox rast gəlinən səbəb)
- Anadangəlmə mitral stenoz
- Qulaqcıq (atrial) miksoması
Patofiziologiya
Mitral qapağın stenozu nəticəsində:
- Sol qulaqcıqdan sol mədəciyə qan axınının çətinləşməsi → diastolik fazada sol mədəciyin dolmasının çətinləşməsi → periferiyaya vurulan qan miqdarının azalması → ürək çatışmazlığı simptomları
- Sol qulaqcıqdan sol mədəciyə qan axınının çətinləşməsi → sol qulaqcıqda təzyiqin artması → pulmonar hipertenziya → ağciyər ödemi
- Uzunmüddətli pulmonar hipertenziya → ağciyər ödemi → sağ mədəciyin yükünün artması
Simptomlar
Ürək çatışmazlığı əlamətləri:
- Təngnəfəslik
- Periferik ödem (əsasən, aşağı ətraflarda)
- “Facies mitralis” (solğunluq və yanaqlarda qızartı, mitral qapaq stenozuna xas görünüş)
- Başgicəllənmə, tezyorulma
- Periferik sianoz

Diaqnostika
Exokardioqrafiya:
- Mitral qapağın quruluşunu, hərəkətini və stenozun dərəcəsini qiymətləndirmək üçün ən vacib diaqnostik üsuldur
EKQ:
- P-mitrale: sol qulaqcığın genişlənməsinə işarə edir
Döş qəfəsinin rentgeni:
- Sol qulaqcığın böyüməsi
- Ağciyərlərdə durğunluq əlamətləri

Müalicə
Ümumi yanaşma:
- Asimptomatik xəstələr: əgər heç bir risk faktoru yoxdursa, konservativ müalicə və mütəmadi nəzarət
- Ürək çatışmazlığı müşahidə olunarsa:
- Diuretiklər
| Mitral qapaq stenozu zamanı AÇE inhibitorlarının istifadəsi əks-göstərişdir. |
Perkutan valvulotomiya
Göstəriş:
- Qapağın açılma sahəsi ≤1,5 sm² olan simptomatik xəstələr
- Trombemboliya və ya hemodinamik dekompensasiya riski yüksək olan asimptomatik xəstələr
Cərrahi müalicə
Mitral qapağın əvəzlənməsi (protezləşdirilməsi):
- Perkutan valvulotomiya üçün uyğun olmayan xəstələrdə alternativ üsul