Atrial fibrilyasiya
Giriş
Atrial fibrilyasiya (qulaqcıq səyirməsi) ürəyin ritm pozğunluqlarından biri olub müxtəlif kardial xəstəliklər fonunda meydana çıxa bilər. Adətən, simptomsuz olmaqla yanaşı, bəzi hallarda palpitasiyaya (ürəkdə çarpıntı) səbəb olur.

Etiologiya
Birincili atrial fibrilyasiya:
- Hər hansı səbəb olmadan (idiopatik) ortaya çıxır
İkincili atrial fibrilyasiya:
- Digər xəstəliklərin nəticəsində meydana çıxır, bura kardial və qeyri-kardial səbəblər aiddir:
- Kardial səbəblər:
- Xroniki ürək çatışmazlığı
- Koronar ürək xəstəliyi
- Qapaq xəstəlikləri (əsasən, mitral stenoz)
- Miokardit
- Kardiomiopatiyalar (hipertrofik, restriktiv və dilatativ kardiomiopatiya)
- Qeyri-kardial səbəblər:
Simptomlar
Adətən, simptomsuz
Bəzən rast gəlinən simptomlar:
- Ürək çarpıntısı
- Başgicəllənmə, sinkop
Diaqnostika
Əsas diaqnostik metod: EKQ:
- Qeyri-müntəzəm (dəyişkən) RR məsafəsi
- P dalğalarının olmaması
- Dar QRS kompleksi

Holter-EKQ (24-48 saatlıq EKQ):
- Paroksizmal (“tutmaşəkilli”) atrial fibrilyasiyanın aşkarlanması üçün istifadə olunur
Yeni diaqnoz qoyulmuş atrial fibrilyasiya zamanı birincili səbəblərin çıxdaş olunması üçün digər müayinələr:
- Exokardioqrafiya:
- Qapaq xəstəliyi, kardiomiopatiya kimi xəstəliklər araşdırılır
- Laborator müayinələr:
- TSH
- Kalium
- Maqnezium
Müalicə
Atrial fibrilyasiyalı xəstələrdə müalicənin əsas aspektləri:
Ürəyin vurğu tezliyini nəzarət altına almaq:
- Taxiaritmiyalar zamanı:
- İlk seçim preparatı: beta blokerlər və ya mümkün olmadıqda verapamil
- Monoterapiya uğursuz olduqda əlavə olaraq diqoksin
- Bradiaritmiyalar zamanı:
- Atropin
Sinus ritmini yenidən bərpa etmək:
- Elektrikli kardioversiya
Tromboemboliyanın profilaktikası:
- CHA2DS2VASc əmsalına (CHA2DS2VASc-Scores) əsasən atrial fibrilyasiyalı xəstələrdə profilaktik olaraq antikoaqulyant verilib-verilməməsinə qərar verilir.
- Bu məqsədlə antikoaqulyant olaraq istifadə olunan preparatlar:
- Trombin inhibitoru (dabigatran)
- Faktor Xa inhibitorları (rivaroxaban, apixaban, edoxaban)
- Markumar: xüsusi hal olaraq “qapaq mənşəli atrial fibrilyasiya” zamanı (yəni atrial fibrilyasiyanın səbəbi revmatik mitral stenoz və ya dəyişdirilmiş ürək qapağıdırsa)
CHA2DS2VASc əmsalının hesablanması

CHA2DS2VASc əmsalının interpretasiyası
Kişilərdə:
- 0 xal - antikoaqulyasiyaya ehtiyac yoxdur
- 1 xal - individual qərar verilməlidir
- ≥2 xal - antikoaqulyasiya tövsiyə olunur
Qadınlarda:
- 1 xal - antikoaqulyasiyaya ehtiyac yoxdur
- 2 xal - individual qərar verilməlidir
- ≥3 xal - antikoaqulyasiya tövsiyə olunur