Restriktiv kardiomiopatiya
Giriş
Restriktiv kardiomiopatiya nadir rast gəlinən xəstəliklərdən olub özünü ürək çatışmazlığı simptomları ilə göstərir.
Patofiziologiya
Mədəciklərin elastikliyinin azalması diastola zamanı onların yetərincə dolmamasına gətirib çıxarır. Nəticədə, qulaqcıqlarda qan durğunluğu yaranır və bu, qulaqcıqların genişlənməsinə səbəb olur.
Etiologiya
İdiopatik və ya sistem xəstəlikləri nəticəsində:
- Sklerodermiya
- Amiloidoz
- Sarkoidoz
- Hemoxromatoz
Endokard zədələnməsi ilə müşayiət olunan xəstəliklər:
- Neyroendokrin neoplaziyalar
- Eozinofilik endokardit
Simptomlar
- Ürək çatışmazlığı simptomları: təngnəfəslik, periferik ödemlər və s.
- Taxikardiya
Diaqnostika
Exokardioqrafiya
- Qulaqcıqların genişlənməsi
- Mədəciklərin həcmi, adətən, sabit qalır
- Vurma fraksiyası (ejection fraction) normal qalır
Kateterizasiya
- Qulaqcıqdaxili təzyiqin ölçülməsi
Miokard biopsiyası
- Etiologiyanı müəyyənləşdirilmək üçün aparılır
Müalicə
Səbəb olan xəstəliyin müalicəsi:
- Xəstəliyin irəliləməsinin qarşısını almaq üçün altda yatan xəstəlik müalicə edilməlidir
Simptomatik müalicə:
- Ürək çatışmazlığı üçün simptomatik müalicə:
- Diuretiklər
- AÇE inhibitorları
- Beta-blokerlər
Xəstəliyin ağırlaşmasının qarşısını almaq mümkün olmadıqda ürək transplantasiyası tətbiq edilir.